Yuxarı

Gürcü Arzusu müxalifətin seçki təklifini qəbul etmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü Arzusu müxalifətin seçki təklifini qəbul etmədi

Gürcü Arzusu Partiyası seçki reformu üçün müxalifətin təklif etdiyi alman modelini qəbul etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski deyib. O, bu modelin Gürcüstan Konstitusiyasına zidd olduğunu bildirib:

“Biz təklifi müzakirə etmişik. Bu barədə müzakirə elə də uzun çəkmədi. Hər kəsə bəllidir ki, alman modeli Konstitusiyaya uyğun deyil”, – deyə o bildirib.

Qeyd edək ki, alman modeli təklifi bir müddət əvvəl müxalifət tərəfindən hökumətə təklif edilib. Müxalifət bu modelin tətbiqi üçün Konstitusiyaya dəyişikliyin vacib olmadığını bildirib.

Tarix
2019.11.17 / 13:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla