Yuxarı

ABŞ generalı: İncirlikdəki nüvə İtaliyaya daşınsın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ generalı: İncirlikdəki nüvə İtaliyaya daşınsın

Türkiyə ilə eyni strateji hədəfi paylaşmırıq, İncirlikdəki nüvə silahlarımız İtaliyaya daşınmalıdır.

Axar.az xəbər verir ki, bunu “Blumberq”ə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının rəhbərinin keçmiş müavini general Çak Vald deyib.

“Bizim baxışımıza görə, Ərdoğanın rəhbərliyi altında Türkiyə son beş ildə dərdə çevrilib. 2014-cü ildə Ankara Suriya və İraqda İŞİD-ə qarşı İncirlikdən ABŞ-ın hərbi əməliyyat keçirməsinə inadla izn vermədi. Bir il davam edən danışıqlardan sonra türklər könülsüzcə bunu qəbul etdi”, – deyə o bildirib.

O, Türkiyənin son həmlələrinin ABŞ və NATO qüvvələrinin İncirlikdə qalıb-qalmamasıyla bağlı ciddi suallar yaratdığını bildirib:

“Türkiyədə artan antiamerikaçılıq və Ərdoğanın Rusiyaya yaxınlaşma arzusu nəzərə alınarsa, nüvə silahlarının yerini dəyişdirmək məcburiyyətindəyik. Bu silahların yeri Avropa ərazisi olmalıdır. Variant kimi İtaliyadakı Aviano aviabazasını irəli sürə bilərəm. Logistika baxımından bu çətin deyil”.

Tarix
2019.11.17 / 15:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla