Yuxarı

Nazirdən etiraf: Marixuana istifadə etmişəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən etiraf: Marixuana istifadə etmişəm

Ukraynanın İqtisadi İnkişaf və Kənd Təsərrüfat naziri Tinofey Milovanov ABŞ-da təhsil aldığı və namizədlik dissertasiyasını müdafiəsini müdafiə etdiyi zaman marixuananı “daddığını” söyləyib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, nazir Milovanov narkotikdən olduqca az bir zaman içində istifadə etdiyini bildirib.

Ukrayna rəsmisi marixuananı sadəcə ABŞ-da çəkdiyini, lakin ölkəsində belə hərəkətə yol vermədiyini qeyd edib.

“Mən ümumiyyətlə çəkən deyiləm. Həyatımda cəmi 6-7 siqaret çəkmişəm, vəssalam. Xüsusilə yelkən idmanı ilə məşğul olduğum zaman zərərli vərdişlərdən qurtulmağı bacarmışam. Marixuanaya gəlincə, ABŞ-da Kolorado kimi bəzi ştatlarda onun leqal istifadəsinə yol verilir. Aspiranturada oxuyarkən mənə onu məsləhət gördülər. Orada bütün doktorantlar onu çəkirlər. Lakin bundan hər hansı zövq aldığımı deyə bilmərəm. Zatən həmin vaxtdan sonra birdəfəlik qurtuldum. İndi hətta kofe də içmirəm, yalnız çay...” - deyə nazir müsahibəsində deyib.

Qeyd etmək lazımdır ki, Timofey Milovanov 2001-ci ildə Viskonsin ştatının Madison Universitetində magistr, 2004-cü ildə isə fələsəfə doktoru adını qazanıb.

Tarix
2019.11.17 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla