Yuxarı

Türkiyə il ərzində 110 min əməliyyat keçirib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə il ərzində 110 min əməliyyat keçirib

Türkiyənin təhlükəsizlik orqanları bu ilin yanvar-oktyabrında bütovlükdə ölkə üzrə 109423 antiterror əməliyyatı keçirib.

Report xəbər verir ki, ölkənin müxtəlif əyalətlərində jandarm qüvvələrinin və aviasiyanın köməyi ilə "Kıran" əməliyyatının bütövlükdə altı mərhələsi keçirilib. Əməliyyatlar çətinliklə gedilə bilən dağlıq ərazilərdə terrorçuların qış bazalarını formalaşdırmasının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əgər 2018-ci il ərzində ümumilikdə ölkə üzrə 97377 əməliyyat keçirilmişdisə, cari ilin yalnız 10 ayında bu göstərici demək olar, 110 minə çatıb.

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 457 terrorçu zərərsizləşdirilib, daha 257 nəfər yaxalanıb. Polis və jandarmeriya 11380-dən çox terrorçunu və onların əlaltısını saxlayıb.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi 4 min İŞİD döyüşçüsünün məhv edildiyini açıqlamışdı.

Tarix
2019.11.18 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla