Yuxarı

ABŞ Rusiyanın 3 hərbi bazasını necə "məhv etdi"?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyanın 3 hərbi bazasını necə "məhv etdi"?

ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib.

Virtualaz.org xəbər verir ki, Avropada mənzillənmiş Amerika B-52 strateji bombardmançıları Murmanskda Rusiya atom sualtı qayıqlarının yerləşdiyi “Haciyevo”, “Vidyayevo” və “Polyarnı” hərbi bazalarının məhv edilməsi əməliyyatını məşq etmək üçün unikal manevrlər edib. Bombardmançılar Böyük Britaniyadakı Farford aviabazasından havaya qalxıb, Barents dənizi üzərindən uçaraq şimal qütbü üzərində manevrlər edib. Bombardmançılar Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və ABŞ-ın P-8 kəşfiyyat təyyarəsinin müşayiəti ilə uçub. Təyyarələr Rusiyanın nüvə raketlərinin sınaqlarının keçirildiyi Novaya Zemlya arxipelaqının 65 kilometrliyindən və Kola yarımadasının yaxınlığından keçib.

Bundan əvvəl “avia.pro” resursu üç ABŞ B-52 strateji bombardmançısının Rusiya hava sərhədlərinin bilavasitə yaxınlığından uçduğu haqda məlumat yaymışdı. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu barədə rəsmi şərh verməyib. Habelə Rusiya Hava-Kosmik Qüvvələrinin əvvəllər olduğu kimi, ölkənin hava hüdudlarına yaxınlaşan ABŞ bombardmançılarını “qovması” faktı qeydə alınmayıb.

Bu baxımdan ABŞ bombardmançılarının nəzərəçarpmadan Rusiyanın strateji hərbi bazalarına yaxınlaşdığı iddia edilə bilər. Hərçənd mütəxəssislər bunu ağlabatan saymır, çünki B-52 nəhəng təyyarədir və o, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 500-600 kilometr məsafədən qeydə alına bilərdi. Bununla belə Rusiyadan müvafiq rəsmi reaksiyaların olmaması bir sıra suallar doğurur.

Tarix
2019.11.18 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla