Yuxarı

Orbandan sərt bəyanat: Məsuliyyət onların üzərinə düşür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Avropada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Avropa İttifaqının gələcəyi üçün məsuliyyət Mərkəzi Avropa ölkələrinin üzərinə düşür.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Çexoslovakiyada “məxməri inqilab”ın 30 illiyi münasibətilə bu gün Bratislavada keçirilən təntənəli mərasimdəki çıxışında bildirib.

Macarıstan lideri slovakiyalı, çexiyalı və polşalı həmkarları ilə birlikdə “Azadlıq mübarizləri” memorialı önünə əklil qoyub.

“Ölkələrimiz möhkəm dayanmalı, istər iqtisadi, istərsə də siyasi baxımdan heç kimdən asılı olmamalıdır”, - deyən Orban daha sonra əlavə edib ki, Vışeqrad dördlüyü ölkələrində iqtisadi artım sürətinin Avropa üzrə orta göstəricilərlə müqayisədə 2 faiz yüksək olması tezliklə bu dörd ölkənin iqtisadi baxımdan özünü təmin edə biləcəyini ümid etməyə əsas verir.

Dyer Universitetinin professoru Mikloş Paal Orbanın bu bəyanatını Azərtac-a şərh edərək deyib ki, bu arzunun yaxın gələcəkdə reallaşacağını söyləməyə əsas yoxdur, çünki Vışeqrad dördlüyü ölkələrindən ixracın 85 faizi əvvəlki kimi yenə də Qərbi Avropaya gedir. Ekspert deyib: “İllüziyalara uymağa dəyməz. Ölkələrimiz Avropanın qalan hissələri ilə möhkəm bağlıdır, özünü təcrid etməyin perspektivi yoxdur”.

Tarix
2019.11.18 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla