Yuxarı

Ermənilər Dağlıq Qarabağda iğtişaşa başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Dağlıq Qarabağda iğtişaşa başladı

Ermənistanda fəaliyyət göstərən "Rejimsiz 100 il" hərəkatının aksiya keçirmək istəyi polis hücumu və silahla qarşılanıb.

APA-nın verdiyi xəbərə görə, təşkilatçıların hələ yanvarın 19-da keçirməyi planlaşdırdıqları avtoyürüşü qondarma "Dağlıq Qarabağ" separatçı rejiminin nümayəndələri təxirə salıblar. Onlar bu yürüşün Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşmış ermənilərinin rəsmi İrəvana olan "inam və etimadını sarsıda biləcəyini" bildiriblər. Buna görə də yürüşün təşkilatçılarından biri olan Jirayr Sefilyana müraciət edərək, tədbiri keçirməməyə çağırıblar.

Təşkilatçılar bu gün yürüşü keçirməyə qərar veriblər. Lakin separatçı rejimin nümayəndələri 43 avtomobildən ibarət maşın karvanının işğalda saxladıqları Azərbaycan şəhəri Şuşaya girişinin qarşısını alıb.

Məlumata görə, maşın karvanı ərazidəki yüksəkliyə yaxınlaşdıqda mülki geyimli, üzü maskalı silahlı şəxslər və yüzlərlə polis onlara hücum edib.

"Jirayr Sefilyan və digərləri maşınlardan düşərək silahlı şəxslərlə danışmağa cəhd edib, lakin bu an əraziyə gələn yüzlərlə polis və hərbçi maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı. Onlar bizi təhqir edərək, maşından çıxarmağa çalışırdılar. Maşınlarda olanların telefonlarını, sürücülərdən avtomobillərin açarlarını götürdülər. Belə bir şey heç martın 1-də də olmamışdı, bu 1 Mart hadisələrinin daha kobud təkrarı idi. Jurnalist Anuşav Şahnazaryanı hazırda xəstəxanaya aparılır. O baş nahiyəsindən xəsarətlər alıb, başdan-ayağa qan içindədir", deyə hərəkat üzvü Süzan Simonyan bildirib.

Məlumatda qeyd olunub ki, Jirayr Sefilyan və yürüşün digər üzvləri də xəsarət alıb

Tarix
2015.02.01 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla