Yuxarı

Yəhudilərdən etiraz: Hitlerin xanımının əşyaları hərracda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yəhudi Assosiasiyası (EJA) Almaniyada Adolf Hitlerin rəfiqəsi Yeva Braunun paltarlarının və şəxsi əşyalarının hərracının keçirilməsinə etiraz edib.

Axar.az xəbər verir ki, EJA-nın bəyanatında bu əşyaların heç bir tarixi dəyərinin olmadığı və nasizm ideologiyasını təbliğ edən adamlar tərəfindən satın alındığı qeyd olunub.

Qeyd edilib ki, hərracda Hitlerin gümüşlə cildlənmiş “Mayn Kampf” kitabı da olub. Yeva Braunun gümüşdən olan poçt qutusu 10 min 500 avroya, Hitlerin gümüş çərçivədə və avtoqrafı olan fotoşəkli isə 46 min dollara satılıb.

EJA-nın sədri, ravvin Menahem Marqolin Almaniyanın siyasi liderlərinə ünvanladığı məktubda öz narahatlığını ifadə edib. O qeyd edib ki, “hərrac nasistləri təbliğ etmək, onlara simpatiyasını göstərmək istəyənlər üçün fürsət olub”. Ravvin əlavə edib: “Mən başa düşürəm ki, nasist xatirə əşyalarını almaq və satmaq qeyri-qanuni deyil. Mənim müraciətim də hüquqa əsaslanmır. Amma mənəviyyat çox mühümdür. Bu yanlışdır”.

Hərrac Evinin direktoru Bernhard Paçer DPA informasiya agentliyinə müsahibəsində deyib: “Bizim hərracda iştirak edən müştərilər muzeylər, şəxsi kolleksiya sahibləridir və biz onlara hər cür qədim əşyalar təklif edirik”. O əlavə edib ki, yəhudi icmasının həssaslığı baxımından bu əşyaların hərracında “yanlış adamların” iştirak etməməsinə diqqət yetirilir.

Adolf Hitlerin məktubları da daxil olmaqla şəxsi əşyalarının satışa çıxarıldığı daha bir hərrac Münhen şəhərində keçirilib.

Tarix
2019.11.20 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla