Yuxarı

Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin 2017-ci ildə Suriyada əsirə qarşı işgəncə videosunun davamı peyda olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Novaya qazeta” yayıb. Məlumata görə, 2017-ci ilin iyununda çəkilən videoda əsirə verilən işgəncədən sonra onun başının kəsildiyi və cəsədinin asılaraq yandırılması yer alıb. Bununla bərabər öldürülən şəxsin üzərində “Vaqner”in muzdluları “Hərbi Desant Qüvvələri üçün” sözlərini yazıblar.

Ərəb mediası isə öldürülən şəxsin kimliyini müəyyənləşdirə bilib. Belə ki, onun Həmmadi Taha əl-Buta ləqəbiylə məşhur olan Məhəmməd Taha İsmayıl əl-Abdulla olduğu bildirilib.

1986-cı ildə Deyr əz-Zorda anadan olan bu şəxsin Suriyadan müharibənin başlanğıcında qaçdığı, amma sonradan geri döndüyü və məcburi Bəşər Əsədin ordusuna daxil edildiyi vurğulanıb. Bundan sonra ordudan qaçan şəxs “Vaqner”çilər tərəfindən ələ keçirilib. Onun Xümsdə Şair yatağı yaxınlığında edam edildiyi bildirilib.

“Novaya qazeta” videoda yer alan şəxslərdən birinin Stanislav D. olduğunu bəyan edib. Bu şəxsin “Vaqner”in kəşfiyyatında xidmət etdiyi açıqlanıb.

Şair yatağına gəlincə isə bu ərazi 2017-ci ilin yazında İŞİD-dən “Vaqner”in sayəsində azad edilib. Bundan sonra yataqdan çıxan neftin 25%-nin “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin “Yevro Polis” şirkətinə verildiyi bildirilib. Maraqlı məqam odur ki, bu şərt təkcə Şair yatağına aid edilməyib. Belə ki, şirkətlə Dəməşq arasındakı razılaşmaya əsasən, kompaniya azad edilən bütün neft və qaz yataqlarında 25% paya sahib olacaq.

Tarix
2019.11.22 / 10:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla