Yuxarı

Təzə başçı köhnə komanda ilə işləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təzə başçı köhnə komanda ilə işləyir

Dərbənd Administrasiyasının keçmiş rəhbəri Qurban Qurbanovun kadrları vəzifəsini itirməyib.

Axar.az-a verilən məlumata görə, yeni gələn rəhbər Məhəmməd Cəlilov xələfinin komandası ilə işləməyə üstünük verib.

M.Cəlilovun təyinatından çox az zaman keçdiyi üçün kadr islahatları başlamayıb. Yeni rəhbərin öz heyətini formalaşdıracağı gözlənilir. Əslən azərbaycanlı olan administrasiya rəhbərinin kimləri vəzifəyə təyin edəcəyi məlum deyil.

Xatırladaq ki, 16 sentyabr 2014-cü il tarixində Qurbanov barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı maddəsinin 2-ci hissəsi ilə (vəzifə səlahiyyətlərinin aşılması) Rusiyanın Dağıstan üzrə İstintaq komitəsinin İstintaq İdarəsinin rəhbəri tərəfindən cinayət işi açılıb.

Nəticədə səlahiyyət müddətinin bitməməsinə baxmayaraq, istefaya göndərilməsinə cəhd edilən Q.Qurbanov həbsə məhkum olub. Sonra ev dustaqlığına buraxılıb. Q.Qurbanov 1998-ci ildən bu rayona rəhbərlik edib. Ondan əvvəl atası təxminən 25 il Dərbəndin rəhbəri olub.

Tarix
2015.02.02 / 16:30
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla