Yuxarı

Putinin şəxsi düşməni olan general öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin şəxsi düşməni olan general öldürüldü - Foto

Putinin şəxsi düşməni olaraq qiymətləndirilən general İsa Munayev Donbasdakı döyüşdə həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Donbas batalyonunun komandiri, deputat Semen Semençenko Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, Debaltsevoda terrorçular və rus ordusu hücuma keçibmiş:

"Qrad"lar, minomyotlar işləyirdi, tanklar döyüşə çıxmışdı, fasiləsiz hücum başlamışdı. Donbas batalyonunun 4, Ukrayna ordusunun 12 əsgəri həlak oldu. Həlledici məqamda xəbər gəldi ki, Rusiyaya məxsus 14 tank Yenakiyevodan Uqleqorska gəlir".

Semençenko bildirib ki, İsa Munayev başçılıq etdiyi Cövhər Dudayev batalyonunun döyüşçüləri ilə birgə məhz həmin məqamda Debaltsevoya gəlib:

"Az silah, amma böyük ruh yüksəkliyi ilə gəldilər".

Döyüş zamanı İsa Munayevin ödüyünü bildirən komandir bunun hansı şəraitdə və necə olduğunu bildirməyib.

İsa Munayevin ölümünü deputat Boris Filatov da təsdiqləyib:

"Bəli, İsa həlak oldu – öz həyatı bahasına mühasirəyə imkan vermədi".

Tarix
2015.02.02 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla