Yuxarı

Xəzər TV-də növbəti efir biabırçılığı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər TV-də növbəti efir biabırçılığı - Video

Son vaxtlar təcrübəsiz aparıcıların efirdə yol verdiyi nöqsanlarla gündəmə gələn Xəzər TV-də növbəti qalmaqal yaşanıb.

Axar.az xəbər verir ki, bu dəfə uzun illərdir efirdə olan və peşəkar sayılan Zaur Kamalın "5/5" verilişində efir etikası pozulub.

Verilişin formatına uyğun olaraq qonaqlar kiçik səhnəcik nümayiş etdiriblər. Lakin müğənni Niyam Salami və Səidə Sultanın rol aldığı səhnəcikdə etik qaydalar pozulub və küçə davranışı efirə daşınıb.

Maraqlıdır ki, bu səhnəciyin görüntüsünü məhz oxucularımız Axar.az-ın elektron ünvanına göndərib. Onları narahat edən isə səhnəciyin əvvəlcədən hazırlanmasıdır. Yəni canlı efir olmasına baxmayaraq, səhnəcik əvvəlcədən hazırlanıbsa, bu qeyri-etik və efirə yaraşmayan ifadə efirə necə verilib?

Bu suala biz də aydınlıq gətirməyə çalışacağıq.

Xatırladaq ki, bundan öncə Sevinc-Sevil bacıları Xəzər TV efirində Azərbaycan milli valyutası olan manatı cırmaqla efir etikasını pozmuş və qanunlarımıza hörmətsizlik etmişdilər.

Tarix
2015.02.03 / 11:40
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla