Yuxarı

İrandan bu ölkəyə Quranla bağlı etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan bu ölkəyə Quranla bağlı etiraz

Norveçin Kristiansann şəhərində SİAN ekstremist qruplaşmasının üzvlərinin müqəddəs Quranı yandırması İranın kəskin etirazına səbəb olub.

Axar.az xəbər verir ki, bununla əlaqədar Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Lakin səfir qısamüddətli məzuniyyətdə olduğu üçün onun əvəzinə nazirliyə mədəniyyət attaşesi gedib.

Səfirliyin əməkdaşına etiraz notası təqdim olunub. Nəzərə çatdırılıb ki, 1,5 milyard insanın etiqad etdiyi dinin təhqir olunması yaxşı nəticələr verməyəcək. İran hökuməti Norveçdən tələb edib ki, müqəddəs kitabı yandırmaqla dinlər arasında təfriqə salmağa çalışanlar saxlanılaraq məsuliyyətə cəlb olunsunlar. Etiraz notasında qeyd olunur ki, söz və fikir azadlığı adı altında islam dinini təhqir etmək yolverilməzdir.

Norveç səfirliyinin əməkdaşı notanın hökumətə çatdırılacağını və məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib.

Tarix
2019.11.28 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla