Yuxarı

Rusiya miqrantlar üçün 81 xüsusi mərkəz yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya miqrantlar üçün 81 xüsusi mərkəz yaradır

Birulevoda baş verən iğtişaşların nəticəsi olaraq rus hakimiyyəti miqrantlara qarşı bir sıra tədbirlər, qanun layihələri həyata keçirmək istiqamətində işlər görməyə başlayıb. Bu, Miqrasiya Bürosundan da yan keçməyib.

"Axar.az" Rusiyanın "Lenta.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın Federal Miqrasiya Bürosu 2014-cü ildə illeqal miqrantlar üçün 81 xüsusi mərkəz yaradacaq. Bu məlumatı FMB-in başçısı Konstantin Romodanovski "Kommersant"a müsahibəsində verib. Onun sözlərinə görə, mərkəzlərin yarısı polisdən alınacaq, yarısı isə regional büdcənin hesabına sıfırdan tikiləcək. Romodanovski 2013-cü ilin avqust ayında illeqallar üçün yaradılan Qolyanovo kimi böyük müvəqqəti düşərgələrin yaradılmasının qəti əleyhinə olduğunu deyib və yeni xüsusi mərkəzlərdə şəraitin bu düşərgələrdən qat-qat yaxşı olacağına söz verib.

Hazırda baş verən etnik iğtişaşları nəzərə alaraq Romodanovski cinayətlərin statistikasından da danışıb. Bildirib ki, paytaxtda cinayətlərin 52%-ini moskvalılar, 48%-ni digər regiondan gələnlər, 20%-ni isə xarici vətəndaşlar törədirlər.

Tarix
2013.10.21 / 12:49
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla