Yuxarı

Merkel də Ukraynanı silahlandırmaqdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Merkel də Ukraynanı silahlandırmaqdan imtina etdi

Almaniya kansleri Angela Merkel və Macarıstanın Baş naziri Viktor Orban ölkələrinin Ukraynanı silahla təchiz etmək imkanını istisna ediblər. Onlar bu barədə Budapeştdə keçirilən birgə mətbuat konfransında bəyanat veriblər.

AzərTAc xəbər verir ki, alman hökumətinin başçısı deyib: "Biz Ukraynanı silahla dəstəkləməyəcəyik". Macarıstanın Baş nazirini cavabı da çox kəsə olub: "Sualınıza təkcə bir sözlə cavab verəcəyəm: yox".

A.Merkelin sözlərinə görə o, "qəti əmindir ki, mövcud münaqişəni hərbi yolla həll etmək olmaz". Buna görə də kansler əlavə edib ki, Avropa İttifaqı bir tərəfdən sanksiyalar siyasətinə, digər tərəfdən isə böhranın diplomatik yolla nizama salınmasına ümid edir.

AFR və Macarıstanın liderləri Ukraynanın şərqində atəşkəs rejiminin "olduqca tez" bərqərar olmasının vacibliyini qeyd ediblər. A.Merkel vurğulayıb ki, "Ukraynanın ərazi bütövlüyünün təmin ediləcəyi stabil vəziyyətə nail olmaqda" Minsk razılaşmasının başlanğıc nöqtəsi olması barədə Berlin və Budapeştin mövqeləri eynidir.

"Almaniya gələcəkdə də buna səy göstərəcək" - deyə kansler diqqəti Ukrayna və Rusiya arasında münaqişə məsələsində Aİ-nin vahid mövqe tutmasının vacibliyinə yönəldib. Qeyd edib ki, "Avropanın gücü bizim yekdilliyimizdədir".

Tarix
2015.02.03 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla