Yuxarı

Çavuşoğludan Makrona: Başından böyük sözlərlə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan Makrona: Başından böyük sözlərlə...

Makronun dediyi sözlərin, zənnimcə, heç bir qarşılığı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun “PKK/YPG-yə qarşı “Sülh çeşməsi” əməliyyatı keçirən Türkiyə NATO müttəfiqlərinin dəstəyini gözləməməlidir” fikrini şərh edərkən deyib.

O bildirib ki, Fransa terror qruplarına himayəlik edir:

“Biz burada terrorizmə qarşı mübarizə aparırıq. O, (Makron) terror qruplarının himayədarıdır. Yeliseydə daim qonaq edir. “Mənim müttəfiqim terror qruplaşmasıdır” deyirsə, ona cavabım var: Makron unutmasın! Merkelin də dediyi kimi, Türkiyə NATO müttəfiqidir. Müttəfiqlərinin yanında olsun!”

Türkiyə XİN rəhbəri Makronun NATO ilə bağlı fikirləri ilə də razılaşmadığını əlavə edib:

“Makron bu kimi açıqlamaları ilə Avropanın lideri ola bilməz. Hazırda Avropada bir boşluq var. “Lider mən olum” deyə çabalayır, lakin olduqca süni görünür. Liderlik səmimi davranışlarla, siyasətlə, liderlik xüsusiyətləri ilə baş tutur. Süni və başından böyük sözlərlə, yaxud hərəkətlərlə olmaz”.

Tarix
2019.11.28 / 19:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla