Yuxarı

Ərdoğan türklərin Bakıda oynayacağını bilirmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan türklərin Bakıda oynayacağını bilirmiş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO-2020-də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnozlaşdırıb.

Report xəbər verir ki, bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmən açıqlamasında bildirib.

"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq", - deyə Dilmən vurğulayıb.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Tarix
2019.12.01 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla