Yuxarı

Lütfi Zadə ABŞ-da 94 yaşını qeyd edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lütfi Zadə ABŞ-da 94 yaşını qeyd edir

Bu gün dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 94 yaşı tamam olur.

Axar.az məlumat verir ki, ona daha çox şöhrət qazandıran banisi olduğu, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. 1965-ci ildən işlənib hazırlanan bu nəzəriyyədən dünyanın bir çox aparıcı şirkətləri bəhrələniblər. Lütfi Zadə Kaliforniya Berkli Universitetinin professorudur. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

Müəllifi və yaradıcısı olduğu 6 mühüm nəzəriyyə dünya elminə inanılmaz töhfələr bəxş edib. O, bir çox xarici ölkə akademiyalarının üzvüdür. Çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb və medallarla təltif edilib. Prezident İlham Əliyev elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə onu "Dostluq" ordeni ilə təltif edib.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

Tarix
2015.02.04 / 14:44
Müəllif
Təranə Səfərova
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla