Yuxarı

“Manatı ağır sınaq gözləyir” – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Manatı ağır sınaq gözləyir” – Rəy

"Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib".

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk profilində yazıb.

O, Mərkəzi Bankın ehtiyatlarının həcminin ötən ilin iyul ayında ən yüksək səviyyədə olduğunu qeyd edib:
"Ötən ilin iyulundan başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatının azalması tendensiyası bu il də davam edib. Fevralın 1-nə Bankın valyuta ehtiyatlarının həcmi 12.680.8 milyon dollar olub. Təkcə yanvar ayında ehtiyat 1.077, 5 milyon dollar və ya 7,8% azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub – 15.193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1.238 milyon dollar itirib.

Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib".

Ekspert Mərkəzi Bankın uzunmüddətli təzyiqlərə tab gətirməyəcəyini bildirib:

"Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması səbəbindən devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Neft Fondunun da aktiv iştirakına rəğmən, Mərkəzi Bank uzunmüddətli təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə də avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payının dolların xeyrinə azalması müşahidə edilir.

Proqnozlaşdırdığımız kimi, 2015-ci il manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyətli hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələ ki, proseslər manatın zərərinə işləyir".

Tarix
2015.02.04 / 21:33
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla