Yuxarı

Rusiya İranı Səudiyyə Ərəbistanına qurban verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İranı Səudiyyə Ərəbistanına qurban verir?

"Suriyanın əldən çıxması Rusiyanın Yaxın Şərqdə bütün imkanlarını itirməsi demək olardı".

Bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu bildirib. O, Səudiyyə Ərəbistanının neftin hasilatını azaltmaq müqabilində Rusiyadan Bəşər Əsədə dəstəyi kəsmək istəyinə aydınlıq gətirib:

"Rusiya Suriyada baş verən proseslərdə İranla birgə Bəşər Əsədi müdafiə etdi və onun arxasında durdu. Bu, son dərəcə prinsipial əhəmiyyət daşıyan dəstək idi. Çünki "Ərəb baharı"ndan sonra Rusiya Yaxın Şərqdən müəyyən dərəcədə sıxışdırılıb çıxarıldı. Rusiya mövqelərini itirdiyi üçün Suriyadan möhkəm yapışmağa çalışdı. Suriyanın əldən çıxması Rusiyanın Yaxın Şərqdə bütün imkanlarını itirməsi demək olardı. Rusiya Əsədlə Suriya müxalifətini eyni masa arxasında oturtmaqla Qərbdə rəy formalaşdırmağa çalışır ki, Suriya məsələsinə öz töhfələrini verə bilər. Bu gün regionda baş verən son proseslər: Yəməndə dövlət çevrilişi, Livanda Hizbullahın güclənməsi, İraqda İranmeylli qüvvələrin hakimiyyətdə olması kimi faktlar İranın Yaxın Şərqdə öz nüfuzunu artırması deməkdir. Yaxın Şərqdə yeni bir güc formalaşır: İran və İranətrafı. Səudiyyə Ərəbistanı ən azı Suriya məsələsində Rusiya faktorunu önləməyə və onun maraqlarını ələ almağa çalışır. Rusiyanın həmişə Yaxın Şərqdə öz siyasi, iqtisadi və imperialist maraqları olub. Bu gün Rusiya iqtisadi cəhətdən çox ciddi problemlər yaşayır, lakin Rusiyanın sırf iqtisadi maraqlarını nəzərə alıb, yaxın Şərqdən çıxacağını söyləmək çox çətindir".

Qeyd edək ki, "Nyu York Tayms" qəzeti Səudiyyə Ərəbistanının neftin qiymətini qaldırmaq müqabilində Rusiyadan Bəşər Əsədə dəstəyi kəsməsini təklif etdiyini yazıb.

Tarix
2015.02.05 / 09:54
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla