Yuxarı

Paşinyanın müdhiş planı: Rus bazasına hücum, silahlar…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqibləri əzməyin çoxdan sınanmış bir üsulu var. Siyasətdə bu, ictimai şüura təsir etməklə cəmiyyətdə narazılıq yaratmaq üsuludur. Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyən qüvvələr də məhz bu üsulla hərəkət edirlər. Həmçinin, Rusiyanın hərbi texnikası sayəsində varlanmaq tamahı da öz sözünü deyir.

“Epress.am”ın mənbəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının fəaliyyətinin erməni ictimaiyyətindən gizli saxlanılmasına təəssüf edir.

“Ermənistanda yerləşdirilmiş Rusiyanın 102-ci hərbi bazası və sərhəd qoşunları faktiki olaraq ictimai nəzarətdən kənardadır, hərbi baza haqqında məlumat sirr olaraq saxlanılır”, - deyə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin araşdırmalarına istinad edən mənbə qeyd edir.

Göründüyü kimi, mənbə ölkədə rus hərbi bölmələrinin fəaliyyəti üçün Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitin həcmindən narahatdır.

“Eyni zamanda rusiyalı hərbi qulluqçuların iştirakçısı olduğu cinayətlərin - 12 dəhşətli qətlin və erməni kəndlilərinin maddi zərər çəkməsinə səbəb olan nisbətən kiçik insidentlərin istintaqı ilə bağlı məsələlər narahatlıq doğurur”. Bununla mənbə rusiyalı hərbçilərin soyğunçu olması və “bədbəxt” erməniləri incitməsi fikrini cəmiyyətə sırıyır.

“Ermənistanın rus hərbi bazası və sərhəd qoşunlarının fəaliyyətinə nəzarət etməməsi Ermənistan vətəndaşlarının hüquqlarının pozulmasına gətirib çıxarır”, - deyə yazının müəllifləri qeyd edirlər.

Ermənilərin məntiqləri çox sadədir: əvvəlcə narazılıq dalğası yaratmaq, sonra nəzarət tələbini irəli sürmək və yekunda hərbi texnikanı saxlamaq şərtilə ümumiyyətlə bazanı çıxarmaq. Axı səbri tükənməkdə olan Azərbaycanla müharibə üçün hərbi texnika tələb olunur. Üstəlik, Paşinyan açıqlama verərək, Ermənistanın misilsiz sayda silah, döyüş sursatı, hərbi texnika aldığını, müdafiə büdcəsinin 66 milyard dram (138 318 054,81 dollar) artdığını elan edir.

“Ermənistan hakimiyyəti bölgədə hərbi balansın bərpa edilməsi siyasətini davam etdirəcək. Artıq bu istiqamətdə ciddi addımlar atılıb”, - deyə o bildirib. Güman ki, bu addımların məqsədi rusların hərbi texnikasının ələ keçirilməsidir, çünki Ermənistanın silaha pul xərcləyəcəyi şübhə doğurur.

“Rus hərbçilərinin Ermənistan ərazisində mövcudluğunu tənzimləyən dövlətlərarası sənədlər suveren dövlətin və Ermənistan Konstitusiyasının meyarlarına ziddir”, - məqalədə qeyd olunur.

Buna görə, yaxın gələcəkdə Paşinyan uydurma bir bəhanə ilə hərbi bazanın Ermənistanda yerləşməsinin hüquqi əsaslarına yenidən baxılması məsələsini qaldıracaq, ardınca yağışdan sonra göbələk kimi bazanın çıxarılmasını tələb edən etirazçılar peyda olacaq. Paşinyan çiyinlərini çəkəcək və artıq hərbi bazaya basqın etməkdə olan xalqın tələbi qarşısında boyun əyəcəkdir. Öz texnikasını qoruyan rusiyalı əsgərlər tikə-tikə ediləcək, canlarını sağ qurtaranlar ölkədən qovulacaq, rus texnikası üzərindəki tanıdıcı işarələr boyandıqdan sonra mənimsəniləcəkdir.

Tarix
2019.12.06 / 16:28
Müəllif
Zaur, Vüsal
Şərhlər
Digər xəbərlər

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla