Yuxarı

Faşist salamı verdilər, işdən qovuldular

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faşist salamı verdilər, işdən qovuldular

ABŞ-da faşist salamı verən həbsxana personalının fotoşəkli ölkədə böyük qalmaqala səbəb olub. Bu şəkildə Qərbi Virciniya İslah və Reabilitasiya bölməsinin əməkdaşları üzərində “Hayl Byrd” yazılan divarın önündə kollektiv şəkildə nasist salamı verərkən əks olunublar.

Axar.az xəbər verir ki, Qərbi Virciniya ştatının qubernatoru faşist salamı verən əməkdaşların işdən qovulması barədə əmr imzalayıb. Bildirilir ki, 30 nəfərlik həbsxana personalı təlim proqramında iştirakdan sonra bir yerə toplaşaraq xatirə şəkli çəkdirmək istəyiblər. Bu zaman onlardan biri faşist salamı verməyi təklif edib. Əməkdaşların adları açıqlanmır.

Bu qalmaqalla bağlı ABŞ-ın Hərbi Məsələlər və İctimai Təhlükəsizlik Departamenti də məlumat yayıb.

Ştatın qubernatoru Cim Castis “Vaşinqton Post” nəşrinə müsahibəsində sözügedən əməkdaşların hərəkətini kəskin şəkildə pisləyib və onların barəsində təhqiqat aparılacağını bildirib. O, bunu peşə vəzifəsinə xəyanət kimi qiymətləndirib.

Tarix
2019.12.07 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla