Yuxarı

Azərbaycan 5 Avropa ölkəsi ilə saziş imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 5 Avropa ölkəsi ilə saziş imzaladı

Bakı-2015 Avropa Oyunları Azərbaycandan başqa beş Avropa ölkəsində də canlı yayımlanacaq. Bu məqsədlə Əməliyyat Komitəsi beş Avropa ölkəsi ilə əsas yayımla bağlı saziş imzalayıb.

Axar.az xəbər verir ki, İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniya da birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək ölkələr sırasına daxil edilib. Bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Sloveniya və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya yayımı şirkətləri Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq.

Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, Bakı-2015 artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə sahibdir. Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı "Açılış" və "Bağlanış" mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində Bakı-2015 Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra "Bakıya yol" (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

Qeyd edək ki, ilk Avropa Oyunlarının yayımlanmasının təşkili üçün müqavilə bağlanmış ölkələrin sayı hazırda 47-yə çatıb.

Tarix
2015.02.05 / 14:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Vurulan gəmi Mənsimovundur – Təcili

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla