Yuxarı

Direktor bu paylaşımına görə işdən qovuldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor bu paylaşımına görə işdən qovuldu - Foto

Türkiyənin İzmir şəhərinin Qaraburun mahalındakı məktəbin Şahin Özdəmir adlı direktorunun baş örtüyü taxmayan qadınlarla bağlı sosial şəbəkə hesabındakı paylaşımı qalmaqala səbəb olub. CHP-çi millət vəkilinin sərt reaksiyasından sonra direktor işindən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, direktor Şahin Özdəmir sosial media hesabından şair Nəcib Fazil Kısakürəyə aid olan “Örtüksüz qadın pərdəsiz evə bənzəyir. Pərdəsiz ev ya satılıqdır, ya da kirayə” ifadələrini paylaşıb.

Məktəb direktorunun belə bir paylaşımı qısa müddət ərzində bir çoxu tərəfindən tənqid edilib. Mediada da gündəmə çevriləndənsonra direktor paylaşımını silsə də, CHP-çi millət vəkili tərəfindən Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılıb.

Həmçinin millət vəkili Murad Bakan bununla bağlı Türkiyənin Təhsil naziri Ziya Səlcuq və Ədliyyə naziri Əbdülhəmid Gülə sorğu göndərib. Bundan sonra məktəb direktoru işdən azad edilib.

Məsələ ilə bağlı başlanmış məhkəmə və inzibati istintaq başa çatıb. İnzibati qaydada intizam tənbehi verilən məktəb direktoru İzmirdən uzaqlaşdırılıb və şəhərdən uzaq ərazidə yerləşən bir müəssisəyə təlimatçı təyin edilib.

Başıaçıq qadınları təhqir etdiyi deyilən məktəb direktorunun başqa məktəbdə yenə də uşaqlarla işləyəcəyi əhalinin narazılığına səbəb olub.

Tarix
2019.12.07 / 16:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla