Yuxarı

Rusiyadan Ərdoğana dəvət: Qəbul edərsə, bir ilk yaşanacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ərdoğana dəvət: Qəbul edərsə, bir ilk yaşanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin mayın 9-da Moskvada qələbənin 75 illiyi münasibəti ilə keçirilməsi planlaşdırılan paradda iştirak edə bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ankaradakı attaşesi İrina Qasımova deyib. O bildirib ki, Qızıl meydanda keçiriləcək tədbir üçün Ərdoğana dəvətnamə göndərilib:

"Türkiyə Prezidentinə dəvətnamə göndərildi. Qərarı gözləyirik, Türkiyə tərəfindən hələlik bir cavab gəlməyib".

Qeyd edək ki, Moskvada keçirilən sözügedən paradda bu günə qədər heç bir türk lider iştirak etməyib. Ərdoğan dəvəti qəbul edərsə, almanlar üzərindəki qəbələ münasibəti ilə keçirilən parada qatılan ilk türk lider olacaq.

Ərdoğan 2015-ci ildə də sözügedən parada dəvət edilmişdi. Lakin onu paradda Türkiyənin Moskvadakı səfiri Ümid Yardım təmsil etmişdi.

Tarix
2019.12.07 / 18:38
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla