Yuxarı

Türkiyədən onun Nobel almasına daha bir kəskin reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən onun Nobel almasına daha bir kəskin reaksiya

22:07

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Ədəbiyyat üzrə Nobel mükafatına Bosniya soyqırımını inkar edən Peter Handkenin layiq görülməsini soyqırımın təbliği kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, İbrahim Qalın Tvitter hesabında mükafata avstriyalı Peter Handkenin layiq görülməsini tənqid edib.

O bildirib ki, Handke 2006-cı ildə soyqırım və digər müharibə cinayətlətində ittiham olunmuş sabiq Yuqoslaviya Prezidenti Slobodan Miloseviçi dəstəkləyən və Bosniya soyqırımını inkar edən şəxsdir:

"Bu ağılasığmaz və utancverici qərarı ləğv etmək lazımdır. Vicdansız biri necə mükafatlandırıla bilər? Yeni soyqırımları təbliğ etmək üçün?"

***

Türkiyə Müdafiə Nazirliyi də Peter Handkeyə Nobel mükafatı verilməsini kəskin qınayıb:

“2019 Nobel Ədəbiyyat Mükafatının Bosniya soyqırımının canisi, bosniyalı qardaşlarımızın qatili Miloseviçin ən böyük dəstəkçisi Peter Handkeyə verilməsini ən sərt şəkildə qınayırıq. Vicdan sahibi olan hər bir insanı dərindən yaralayan bu tarixi xətadan vaxtında geri dönülməsini gözləyirik”, - açıqlamada qeyd edilib.

Tarix
2019.12.07 / 23:38
Müəllif
Nərmin, Büllurə
Digər xəbərlər

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla