Yuxarı

Gülnarə Kərimovaya qarşı daha bir ittiham

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülnarə Kərimovaya qarşı daha bir ittiham

Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb.

Axar.az xəbər verir ki, Baş prokurorluq Ədliyyə Nazirliyi ilə birgə Gülnarə Kərimovanın Amerika Birləşmiş Ştatları, İsveçrə, Fransa, Rusiya və Latviyada olan 1,3 milyard dollar həcmində sərvətinin qaytarılması istiqamətində birgə iş aparır.

İstintaq Gülnarə Kərimovanın öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığını üzə çıxarıb. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovanın mütəşəkkil cinayətkar qrupları fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərib, onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Müəyyənləşdirilib ki, dəymiş zərər 165 milyon dollara və 85 milyard suma (1 dollar 9500 sum) bərabərdir.

Məlumatda deyilir ki, Gülnarə Kərimovaya qarşı dələduzluq və oğurluq maddələri ilə yeni ittiham irəli sürülüb. O, həmçinin mütəşəkkil cinayətkar qrup yaratmaqda günahlandırılır.

Artıq istintaq başa çatıb və G.Kərimova vəkillərinin iştirakı ilə istintaqın materialları ilə tanış olur.

Tarix
2019.12.08 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla