Yuxarı

Avropa hər il narkotikə 30 milyard xərcləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa hər il narkotikə 30 milyard xərcləyir

Narkotik və Narkomanlığa qarşı Avropa Monitorinq Mərkəzi (European Monitoring Centre for Drugs and Drug Addiction - EMCDDA) Europol ilə birlikdə Avropa Birliyi əhalisinin narkotik vasitələrin istifadəsinə dair hesabatını açıqlayıb.

Report xəbər verir ki, sənədə əsasən, Avropa Birliyinə daxil olan ölkənin sakinləri bir il ərzində narkotik vasitə almaq üçün azı 30 milyard avro xərcləyirlər.

İstehlakçı üstünlüklərindən danışarkən hesabat müəllifləri, Avropada marixuana və həşişə daha çox tələbatın olduğunu vurğulayıblar. Bu isə narkotiklərin qanuni və ya qanunsuz şəkildə satan şəxslərin bir il ərzində 11,6 milyard avro gəlir əldə etməsi deməkdir. Nəticə etibarı ilə 11,6 milyard avro qanuni və qanunsuz narkotik bazarının ümumi dövriyyəsinin 39% -ni təşkil edir.

Tədqiqata görə, 15-64 yaş arasında təxminən 25 milyon Avropa vətəndaşı keçən il marixuana və həşiş istifadə edib.

Marixuana və həşişdən sonra, Avropada ən çox istehlak edilən narkotik vasitə kokaindir. Onun alışına Avropa əhalisi ildə 9,1 milyard avro xərcləyir. Bildirilib ki, hazırda qərb ölkələrində 4 milyon insan kokaindən istifadə edir. “Ağ ölüm”ün daha çox istifadə edildiyi ölkə Böyük Britaniyadır.

Üçüncü yerdə illik xərcləri 7.4 milyard avro təşkil edən heroin və tiryəkdir. 1,3 milyon avropalı bu narkotiklərin daimi istifadəçisidir.

Tarix
2019.12.08 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla