Yuxarı

Baş nazir açıqladı: Ən pis hərəkətim...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir açıqladı: Ən pis hərəkətim...

Böyük Britaniyanın baş naziri Boris Conson özünün ən pis hərəkətindən danışıb.

Report-un məlumatına görə, bu barədə o, “Skay Nyus”un efirindəki müsahibəsində etiraf edib.

"Ola bilər, velosipeddə gedəndə səki üzrə hərəkəti qadağan edən qanuna riayət etmirdim, artıq öyrəşmişdim", - deyə baş nazir etiraf edib.

Boris Conson bəzən yol hərəkəti qaydalarını pozduğunu etiraf edib. Baş nazirin sözlərinə görə, o özü belə, bu cür davranışı bəyənmir.

"Amma mən bəzən sadəcə səkiyə çıxıram", - deyə o əlavə edib.

Qeyd edək ki, Boris Conson Britaniyanın xarici işlər naziri vəzifəsində çalışarkən işə velosipeddə gedirdi. O, habelə nazirlikdən də evinə velosipeddə qayıdırdı. Lakin 2016-cı ildə polis siyasətçinin terrorçuların hədəfi ola biləcəyini nəzərə alaraq, bunu ona qadağan edib.

Tarix
2019.12.08 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla