Yuxarı

Fərqli cəbhədə “İkinci Qarabağ” yaranır - Analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi, Donbas böhranının həlli ilə məşğul olan “Normand formatı” çərçivəsində Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Donbasa xüsusi statusun verilməsi məsələsi analiz olunub:

“Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür. Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin “Donbasın xüsusi statusu Ukrayna Konstitusiyasında təsbit olunmalıdır” deyə açıqlama verdi. Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Əlbəttə, Zelenski haqlıdır. Çünki Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələrinə də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Moskvaya da məhz bu lazımdır. Çünki Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa təhrik edirlər”.

Təhlildə Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunmasının vacibliyi göstərildiyi halda konkret razılığın əldə olunmadığı vurğulanıb:

“Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə isə konkret məlumat yoxdur. Digər tərəfdən, silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlki kimi haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhədinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Separatçılar isə bunun əleyhinədir”.

Analizdə Donbas məsələsi Qarabağ münaqişəsi ilə müqayisə olunub:

“Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb”.

Tarix
2019.12.10 / 15:54
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla