Yuxarı

Tiflis meriyası Yeni il üçün 700 min ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis meriyası Yeni il üçün 700 min ayırdı

Tiflis meriyası Yeni ili daha rəngarəng qarşılamaq üçün 1 milyon 996 min lari (təqribən 700 min ABŞ dolları) ayırıb.

Axar.az xəbər verir ki, Yeni il tədbirləri bu il dekabrın 25-də paytaxt Tiflisdə əsas meydanda yolkanın işıqlandırılması ilə başlayacaq və 2020-ci il yanvarın 13-dək davam edəcək.

Yeni il şənlikləri əsasən paytaxt Tiflisin Respublika meydanı və Orbeliani meydanında baş tutacaq.

Bildirilib ki, Yeni il tədbiri üçün paytaxt Respublika meydanında "Yeni il şəhəri" qurulacaq. Burada müxtəlif tədbirlər və şənliklər, eləcə də yarmarkalar təşkil olunacaq.

Paytaxt Tiflis ilə yanaşı, region sahibkarları, fermer və fərdi təsərrüfat sahibləri şəhərdə yaradılmış yarmarkalarda məhsullarını satacaqlar.

Milli azlıq nümayəndələri də yarmarkalarda milli geyim, bəzək və mətbəx nümunələrini nümayiş etdirəcək, sata biləcəklər.

Tarix
2019.12.11 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla