Yuxarı

Əfqanıstandakı partlayışı onlar törədib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstandakı partlayışı onlar törədib

Əfqanıstanın Pərvan əyalətində NATO-nun aviabazası rayonunda törədilmiş partlayışın məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.

Axar.az xəbər verir ki, “Baqram” aviabazasının qarşısında minalanmış avtomobilin partladılması və ardınca başlayan atışma nəticəsində yaralananların sayı 73 nəfərə çatıb, iki nəfər həlak olub. Yaralananların arasında beş gürcüstanlı hərbçinin də olduğu bildirilir. Telekanalın yaydığı məlumata görə, hücum edənlərdən üçü öldürülüb.

NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası bəyan edib ki, hücumun hədəfi aviabaza yaxınlığında tikilən tibb müəssisəsi olub.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən Taliban hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.

Tarix
2019.12.11 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla