Yuxarı

Bu ölkədə pensiya min avroya qaldırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə pensiya min avroya qaldırılır

Fransanın Baş naziri Eduard Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.

Axar.az xəbər verir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç - universallıq, bərabərlik və məsuliyyətlilik - prinsipə əsaslanır. Bununla yanaşı, Baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.

Tarix
2019.12.11 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla