Yuxarı

Media sektorunda 60 min adam işsiz qalacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Media sektorunda 60 min adam işsiz qalacaq

Ukrayna böhranı və sanksiyalar səbəbindən çətin günlər yaşayan Rusiya iqtisadiyyatında iflas pik həddə çatıb.

Axar.az xəbər verir ki, beynəlxalq reytinq agentliyi "Moody" 2015-ci ilə Rusiya iqtisadiyyatının 5,5 faiz geriləyəcəyini, işsizlər ordusunun isə 7 faiz artacağını açıqlayıb. Agentlik 2014-cü ilin sonunda 5,2 faiz olan işsizlik səviyyəsinin 2016-cı ilin sonunadək 8 faizə yüksələcəyi qənaətindədir. Təxmini hesablamalara görə, ölkənin media sektorunda 60 min nəfər ixtisara düşəcək.

Rusiya Rabitə Nazirliyinin verdiyi məlumata görə, media sahəsində çalışanların 20 faizi ixtisar olunacaq. İqtisadi böhranın ən çox təsir etdiyi sektorun media olduğunu bəyan edən nazirlik reklam bazarının çökməsinin mətbuata çox ciddi təsir etdiyini vurğulayıb:

"Burada reklam bazarının kiçilməsi media sektoruna böyük zərbə vurdu. Mətbuatda istifadə olunan texniki qurğular, təzyiq və digər avadanlıqların rublun dəyərdən düşməsi səbəbindən qiyməti qalxıb. Media sektoruna dövlət dəstəyinin azalması da ixtisarlara yol açacaq".

Rusiya Baş nazirinin köməkçisi Olqa Qolodetsin məsləhətçisi Aleksey Levçenko "İzvestiya" qəzetinə verdiyi müsahibədə ixtisarların artıq başladığını bildirib. Onun sözlərinə görə, Rusiyanın ən böyük xəbər agentliyi olan İTAR-TASS-da işçilərin 25 faizi ixtisar olunacaq. Digər dövlətin nəzarətində olan media orqanlarından "Russia Today" və "RİA Novosti" də xərclərini 50 faiz azaldacaq.

Tarix
2015.02.06 / 16:14
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla