Yuxarı

ABŞ Rusiyanı “terror dövləti” adlandıra bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatoru Kori Qardner Senata “Rus terrorizmi ilə əlaqəli zərərli fəaliyyətlərə xitam verilməsi haqqında” qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki, qanun layihəsi ABŞ Senatı Beynəlxalq Münasibətlər Komitəsi tərəfindən dəstəklənərək, qəbul olunub. Qanun layihəsinə əsasən, ABŞ hökuməti Rusiyanın terrorizmin sponsoru olan dövlət kriteriyalarına cavab verib-vermədini müəyyən etməlidir.

Dövlət Departamentinin Konqresə cavabı 90 gün müddətində göndərməli olduğu bildirilib.

Komitədə çıxış edən senator Rusiyanın Donbas üzərində Malaziya təyyarəsinin vurulması və Britaniyada kimyəvi silah tətbiqinə görə məsuliyyət daşıdığını söyləyib. O, Rusiya prezidentinin əvvəlki kimi beynəlxalq stabilliyə ciddi zərər vurduğunu deyib:

“Rusiya öz davranışlarını köklü şəkildə dəyişməyənə qədər biz əvvəlki administrasiyanın səhvlərini təkrarlamamalıyıq. Bu ölkə ABŞ və müttəfiqləri üçün əvvəlki kimi ciddi təhdid kəsb edir”.

Tarix
2019.12.12 / 15:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla