Yuxarı

Qruşko: Kreml müharibəyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qruşko: Kreml müharibəyə hazırlaşır

Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko NATO-nun Rusiya sərhədinə doğru irəliləməsinə cavab verəcəklərini bildirib.

Axar.az xəbər verir ki, hərbi-siyasi vəziyyətdə yaşanan dəyişikliklərin Moskva üçün böyük risk meydana gətirdiyini deyən Qruşko Kremlin hərbi planda dəyişikliklər etdiyini gizlətməyib:

"NATO 6 ölkədə əlavə qərargah quracaq. Rusiyanın da hərbi planlarında dəyişikliklər aparılır. NATO Rusiya üzərində təzyiqi artırmağa çalışır. Bu vəziyyət Rusiya üçün böyük bir risk və təhlükə meydana gətirir".

NATO-nun Gürcüstanda təhsil mərkəzi açmasını sərt şəkildə tənqid edən Qruşko buna ehtiyac olmadığını deyib:

"Bu cür addımlar geosiyasi gərginliyi artırır. Qara dəniz ölkələri öz təhlükəsizliyini təmin etmə zəmanətinə sahibdir. Bu cür mərkəzə ehtiyac yoxdur".

Rusiya-NATO əlaqələrinin donmaq üzrə olduğunu qeyd edən rus diplomat Uels zirvəsindən sonra NATO-nun aktivliyini artırdığını bildirib:

"NATO ötən il 4-5 sentyabrda Uels zirvəsində qəbul etdiyi qərarların icrasını davam etdirir. Şərqdən gələ biləcək təhdidə qarşı alyans "Şərq bloku" qurmağa çalışır. Bu, Avropanın təhlükəsizliyi baxımından mənfi nəticələrlə sonuclana bilər".

Xatırladaq ki, NATO qəbul etdiyi yeni qərar nəticəsində Şərqi Avropa və Baltik ölkələri - Polşa, Bolqarıstan, Rumıniya, Estoniya, Latviya və Litvada qərargahlar quracaq.

Tarix
2015.02.06 / 17:11
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla