Yuxarı

Türkiyədə 100 məktəbli qız yataqxanada zəhərləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çorum əyalətinin Osmancık şəhərində qızlar yataqxanasında baş vermiş qaz sızması nəticəsində yüzdən çox məktəbli qız zəhərlənib, onlardan beşinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, bu barədə valiliyin administrasiyası məlumat yayıb.

“Ömər Dərindərə liseyinin qızlar yataqxanasında baş vermiş qaz sızması nəticəsində 103 qız zəhərlənib”, - deyə məlumatda bildirilir.

Məktəblilərin xəstəxanaya yerləşdirildiyi, onlardan 20 nəfərə tibbi yardım göstərildiyi, beş nəfərin isə reanimasiya şöbəsində olduğu qeyd edilir.

Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Çorum valisi Mustafa Çiftçi ilə telefonla danışaraq baş vermiş hadisə ilə bağlı məlumat alıb.

Tarix
2019.12.12 / 16:32
Müəllif
Vüsal Cəfərov
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla