Yuxarı

ABŞ-ın Rusiyadakı səfiri bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib.

Axar.az xəbər verir ki, onun namizədliyini 70 senator dəstəkləyib, 22 nəfər əleyhinə səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

2018-ci il aprelin 1-dən 26-dək Sallivan Reks Tillersonun istefası ilə əlaqədar olaraq dövlət katibi vəzifəsini icra edib. 2019-cu ilin iyul ayında Sallivan Rusiya ilə strateji təhlükəsizlik mövzusunda danışıqlar aparmaq üçün Cenevrəyə gedən ABŞ nümayəndə heyətinə rəhbərlik edib.

Tarix
2019.12.13 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla