Yuxarı

AKP-nin rəqibi gəldi: Davudoğlu partiyasını təqdim etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP-nin rəqibi gəldi: Davudoğlu partiyasını təqdim etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Ankaranın Bilkənd Otelində partiyasını ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, partiyasının adının Gələcək Partiyası olduğunu bildirən Davudoğlu bundan sonrakı dönəmdə tarixin və millətin önündə olduqlarını və ölkə üçün uğurlu gələcək formalaşdırmağa çalışdıqlarını söyləyib.

“Üç nəsil olaraq buradayıq. Fərqli yaşlardayıq, amma hamımız gəncik və gənc qalacağıq. Fərqli inanclara mənsub, fərqli etnik köklərdən gələn, ancaq bu əziz torpaqları vətən bilən toplumuq. Fərqli köklərdənik, amma hamımız bərabər və qürurlu Türkiyə Cümhuriyyəti vətəndaşlarıyıq. Dostlarımızla birlikdə tarixin və millətin önündəyik. Bütün təzyiqlərə və formalaşdırılmağa çalışan qorxu atmosferinə rəğmən, ölkəmizə uğurlu gələcək gətirmək üçün bir araya gəldik. Üç nəsil olaraq çox sancılar yaşadıq, çox problemlər gördük, amma nifrətə deyil, sevgiyə, qorxu deyil, ümidə motivasiya olmuşuq. Siyasətimizin təməl fəlsəfəsi ənənələrə bağlı müstəqillikdir. Ənənəyə bağlılığımız status-kvo deyil, müstəqilçilik anlayışımız isə ənənələrdən qopmaq demək deyil”, – deyə o bildirib.

Davudoğlunun partiyasının təsisçiləri siyahısında həmçinin önəmli şəxslərin yer aldığı bəlli olub. 154 nəfərdən ibarət təsisçilər sırasında AKP-nin İstanbul bölməsinin keçmiş rəhbəri Səlim Temurci, erməni yazar Etyen Mahçupyan, 15 İyul çevriliş cəhdində şəhid olan Ərol Olçokun həyat yoldaşı Nihal Olçok, jurnalist Hakan Albayraq, Ələvi Mədəniyyət Dərnəkləri rəhbəri Doğan Dəmir, “Milat qəzeti” yazarı Bayram Zilan, AKP-nin eks-üzvü professor Mustafa Baloğlu kimi şəxslər yer alıb.

Tarix
2019.12.13 / 12:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla