Yuxarı

Lövendən çağırış: Breksitə hazır olun...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lövendən çağırış: Breksitə hazır olun...

İsveçin Baş naziri Stefan Löven Avropa İttifaqı (Aİ) ölkələrini Breksitə hazır olmağa çağırıb.

Axar.az xəbər verir ki, Böyük Britaniya İcmalar Palatasında növbədənkənar seçkilərin nəticələri açıqlandıqdan sonra İsveç hökumətinin başçısı bəyan edib ki, Birləşmiş Krallığın Aİ-dən çıxmasına qədər müddətdə problemlərin həlli üçün Avropa ölkələrinin o qədər də çox vaxtı qalmayıb.

İsveç hökumətinin başçısı Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə bu qədər pis nəticə əldə etməsindən məyus olduğunu da bildirib. Onun sözlərinə görə, cümə axşamı keçirilən seçkilərin nəticələri Böyük Britaniya ilə Aİ arasında gələcək münasibətlərə müəyyən aydınlıq da gətirir. Aİ Şurasının Brüsseldə keçiriləcək iclasında iştirak etmək üçün yola düşən Baş nazir jurnalistlərə deyib:

“Böyük Britaniyanın Aİ-ni tək etməsi çox kədərlidir, lakin biz buna hörmətlə yanaşmalıyıq və indi prosesdən maksimum faydalanmaq üçün hazırlaşmalıyıq”.

Qeyd edək ki, son illər İsveç özü də bu prosesin həm yumşaq keçməsinə, həm də “sərt Breksitə” tədricən hazırlaşırdı. Bu məqsədlə böhran ehtimalına qarşı bir sıra dövlət təsisatları üçün fəaliyyət planı hazırlanıb və maliyyə vəsaiti ayrılıb.

Tarix
2019.12.14 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla