Yuxarı

Abbas Abbasova daha bir zərbə: etirazlar artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbas Abbasova daha bir zərbə: etirazlar artır

Murmansk vilayətindəki Dünya Azərbaycanlılarının Konqresinin İctimai Palatasının üzvü və regional şöbənin rəhbəri Afil Qurban oğlu Hüseynov Abbas Abbasovun fəaliyyətinə etiraz edib.

Axar.az xəbər verir ki, Hüseynov Abbas Abbasovun Azərbaycan haqqında yalan informasiya yaydığını bildirib.

O, bir müddət öncə Abbas Abbasova yaxın olan şəxslərin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanov haqqında səsləndirdikləri fikirlərin hər birinin yalan olduğunu deyib. Hüseynov adı çəkilən hər iki şəxsin Azərbaycana xidmət etdiyini və azərbaycanlıların fəaliyyəti ilə maraqlandıqlarını söyləyib.

Afil Hüseynovla bərabər Rusiyada yaşayan digər diaspor nümayəndələrinin də Abbas Abbasova etiraz etməyə hazırlaşdıqları haqqında da qeyri-rəsmi məlumat var. Keçmiş baş nazir müavininin fəaliyyətindən narazı olan bəzi azərbaycanlı iş adamları da Abbasova qarşı birləşib.

Qeyd edək ki, artıq bir neçə aydır "Azərros"un tərkibində narazılıq hökm sürür. Təşkilatın keçirdiyi iclasdan sonra bir qrup şəxs Abbas Abbasov və Asif Məhərrəmovun istefasını tələb etmişdilər. Bundan sonra Məhərrəmov istefa etsə də, Abbasovdan səs çıxmamışdı.

Tarix
2015.02.07 / 09:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla