Yuxarı

“İŞİD 8 yaşlı uşaqları kamikadzeyə çevirir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İŞİD 8 yaşlı uşaqları kamikadzeyə çevirir”

"İŞİD başlatdığı bu terror aktında uşaqlardan istifadəni genişləndirəcək".

Axar.az-ın CNN-ə istinadən xəbər verir ki, bu sözlər Birləşmiş Millətlər Təşkilatının açıqlamasında yer alıb. Məlumatda qeyd olunur ki, İŞİD uşaqları qul kimi satmaq üçün onların hər birinə müəyyən qiymət qoyacaq. Açıqlamada həm də terrorist qrupun sonrakı planlarında daha qəddar addımlara və zorakılığa yol verəcəyi və bu zorakılığın ən böyük qurbanının uşaqlar olacağı vurğulanıb.

BMT-nin uşaq hüquqları üzrə eksperti Rineyt Vinter 8 yaşından döyüşçü kimi yetişdirilən uşaqların aqibətindən də danışıb:

"Biz əqli cəhətdən təsirlərə məruz qalmış uşaqların vəziyyətini nəzərə almalıyıq. Bu uşaqlar ətrafda nə baş verdiyini və onları nə gözlədiyini anlamadan kamikadzelərə çevrilirlər. Bəziləri isə 8 yaşında döyüşçü kimi yetişdirilmiş uşaqlardır".

Vinter qeyd edib ki, İŞİD uşaqların çoxunu əsir kimi eyni yerdə saxlayır. Yaxında qiymət qoyub onları qul kimi satacaqlar.

Tarix
2015.02.07 / 10:08
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla