Yuxarı

Quqldan Türkiyəyə xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quql şirkəti Türkiyənin Antiinhisar İdarəsinin haqsız rəqabət cəzasına görə iş ortaqlarına məktub yazaraq vəziyyəti düzəltməyəcəyi təqdirdə Türkiyədəki android telefonlara lisenziya verilməyəcəyini bildirib.

Antiinhisar İdarəsinin ABŞ nəhəngi Quql barədə “haqsız rəqabətə yol açdığı” səbəbi ilə kəsdiyi cəzanın ardınca şirkətin iş ortaqlarına məktub yazdığı məlum olub. Məktubda bu vəziyyətin düzəlməyəcəyi təqdirdə Türkiyə bazarına çıxarılacaq android telefonlara şəxsi proqramlarını istifadə etmələri üçün lisenziya verməyəcəyi iddia edilib.

Axar.az oxu.az-a istinadən xəbər verir ki, Antiinhisar İdarəsi rəqabətə zidd davranma səbəbi ilə Quql şirkətinə 7 dekabrda sanksiya tətbiq etmək qərarına gəlib.

Antiinhisar İdarəsi Quql şirkətinin 19 sentyabr 2018-ci il tarixində İdarə Heyəti tərəfindən qoyulmuş öhdəliklərə uyğun olaraq şirkətlərlə bağladığı müqavilələrdə zəruri dəyişikliklər etmədiyinə dair nəticəyə gəlib. İdarə Heyətinin məruzəçisi tərəfindən hazırlanan məlumata uyğun olaraq edilən analiz və qiymətləndirmələr nəticəsində, android cihaz istehsalçıları ilə bağlanmış mobil tətbiq paylama sazişlərinə daxil edilmiş “Google” axtarış sisteminin əsas ekranda yerləşdirilməsinin, Quql axtarış sisteminin cihazlarda mütləq şəkildə olmasının Rəqabətin qorunması haqqında Qanunun 6-cı maddəsini pozduğu aşkar edilib.

Antiinhisar İdarəsi, Quql şirkətinin telefonlara quraşdırılmasını istəyən rəqib axtarış sistemi şirkətlərinin, öz proqramlarının quraşdırması üçün cihaz istehsalçılarından maddi qarşılıq istədiyini təyin edib. Bundan başqa, istifadəçi Quql axtarış sistemini cihazdan çıxarılması üçün şirkətə lisenziya haqqını ödəyəcəyi aşkar edilib. Quql bununla istehlakçıları rəqabətli məhsullar seçməməyə məcbur edir.

Tarix
2019.12.15 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla