Yuxarı

Britaniya parçalanır: Şotlandiyanın müstəqillik meyli...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada müstəqillik referendumu keçiriləcək.

Axar.az xəbər verir ki, Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen Böyük Britaniya Parlamentinin İcmalar Palatası üçün keçirilən seçkilərdə 48 yer qazandıqdan sonra müstəqillik referendumu keçirəcəklərini söyləyib.

O bildirib ki, şotlandlar Avropa İttifaqından ayrılmaq istəmir və Breksitə yox deyir.

Stercen qeyd edib ki, referendum Şotlandiya xalqının gələcəyini təyin etmək üçün demokratik hüququn təsdiqidir. O, Miladdan əvvəl Baş Nazirə yeni müstəqillik referendumunun keçirilməsi üçün məktub göndərəcəyini vəd edib.

Xatırladaq ki, 2014-cü ildə keçirilən müstəqillik referendumunda 55 faiz insan Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması üçün səs vermişdi.

Böyük Britaniya Baş naziri Boris Conson isə Şotlandiyanın müstəqilliyinin əleyhinə olduğunu bildirmişdi.

Tarix
2019.12.15 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla