Yuxarı

Son sutkanın itkiləri: 11 tank, 45 əsgər…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son sutkanın itkiləri: 11 tank, 45 əsgər…

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisində itkiləri 45 nəfərdir.

Axar.az xəbər verir ki, bu barədə separatçıların komandir müavini Eduard Basurin deyib. Onun sözlərinə görə, Ukrayna son sutkada həmçinin 11 tank (8-i məhv edilib, 3-ü ələ keçirilib), 6 PDM və BTR (3-ü məhv edilib, 2 PDM və 1 BTR ələ keçirilib), 9 artilleriya qurğusu, 11 maşın itirib.

Onun sözlərinə görə, ümumilikdə döyüşlərin kəskinləşdiyi 22 gün ərzində Ukrayna 3 təyyarə, 1 helikopter, 168 tank, 133 PDM və BTR, 124 artilleriya qurğusu, 94 avtomobil və 2065 əsgər itirib.

Mariupolun şimalında 20 Ukrayna hərbi texnikasının təsbit edildiyini bildirən Basurin "Smerç" və "Qrad" qurğularından atılan atəş altında olduqlarını bildirib.

Rəsmi Kiyev isə son sutka ərzində 12 əsgər itirdiyini, 24 əsgərinin isə yaralandığını açıqlayıb.

Anti-terror Mərkəzinin nümayəndəsi Andrey Lısenko separatçıların itkisi barədə məlumat verməyib.

Tarix
2015.02.08 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla