Yuxarı

Quran ukrayncaya tərcümə edildi – Təqdimat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quran ukrayncaya tərcümə edildi – Təqdimat

Müsəlmanların müqəddəs kitabı olan Quran ukrayn dilinə tərcümə edilib.

Axar.az xəbər verir ki, "Osnovı" nəşriyyatı martın əvvəlində Quranın ukrayn dilinə tərcüməsinin təqdimat mərasimini keçirəcək.

Quranı ukrayn dilinə tərcümə etmək üçün Ostroj Akademiyasının əməkdaşı, tarix elmləri doktoru, tərcüməçi və tədqiqatçı Mixail Yakuboviçə 5 il lazım olub.

"Quran – yalnız islamın əsas kitabı deyil. O, həm də dünya irsinin bir hissəsi, sənət əsəri, hər bir kitabxanada olması lazım bilinən bir nəşr nümunəsidir. Ukrayna çoxmillətli dövlətdir. Quran bizə bir-birimizi yaxşı anlamağa və tanımağa yardım edən bir kitabdır", - deyə "Osnovı" nəşriyyatının direktoru Dana Pavlıçko bildirib.

Quranın qədim ukrayn dilinə tərcüməsinin ilk cəhdləri hələ XVII əsrdə edilib. Lvov poliqlotu Aleksandr Abrançak-Lesenetski Quranı müasir ukrayn dilinə çevirsə də, tərcümənin mətni dərc edilməyib.

"Səudiyyə Ərəbistanındakı ənənəyə görə, Məkkəni tərk edən zəvvarlara kralın adından zəvvarın ana dilində Quran bağışlanır. Əvvəllər Ukraynadan olan müsəlmanlara Quranın rus dilindəki tərcümə variantı bağışlanırdı. İndi isə ukraynalılar bu bəxşişi öz doğma dillərində ala biləcəklər. Müqəddəs kitabların mətnləri hər bir millət və hər bir ölkənin dilinə tərcümə edilməlidir. Bu nəinki mədəniyyəti, həmçinin xalqın özünün zənginləşməsinə şərait yaradır", - deyə Ukrayna Müsəlmanlarının dini idarəsinin müftisi Səid İsmayılov bildirib.

Tarix
2015.02.09 / 01:48
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla