Yuxarı

Putin: “Ukrayna sürətlə silahlanır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: “Ukrayna sürətlə silahlanır”

Bu gün Rusiya Prezidenti Vladimir Putin Suriya, İordaniya, Livan və Fələstin mövzularını müzakirə etmək üçün 10 ildən sonra Misirə iki günlük səfər edir.

Axar.az Sputnik-ə istinadən bildirir ki, səfər ərəfəsində "Əl Əhram" qəzetinə müsahibə verən Putin Ukrayna böhranının yalnız 3 yolla həll edilə biləcəyini deyib. Onun sözlərinə görə, Kiyev hökuməti Donbas nümayəndələri ilə birbaşa danışıqlar aparmalı və Minsk müqaviləsinə uyğun olaraq radikalizmə son qoymalıdır.

Ukraynada insan haqlarına nəzarətin vacib olduğunu deyən Kreml rəhbəri getdikcə sürətli silahlanmanın reallaşdığından narahat olduğunu da dilə gətirib:

"Statistikaya baxın. Ukrayna ordusunun büdcəsi 2014-cü ildə təxminən 41 faiz artıb. Əldə etdiyimiz məlumatlara görə, bu il bu nisbət 3 dəfə artacaq. Hərbi büdcə 3 milyard dolları keçəcək. Bu da ÜDM-in 5 faizi deməkdir.

Bundan başqa, misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşündən danışan Putin iki ölkə arasında ticarət dövriyyəsində ABŞ dollarından imtina etdiklərini açıqlayıb:

"Misir bizim köhnə və etibarlı tərəfdaşımızdır. Yaxın vaxtlarda ticarət dövriyyəsində ABŞ dollarından imtina edərək rus rubluna keçəcəyik. Bu, əməkdaşlığımızı artıracaq və dünya bazarlarından asılılığımızı azaldacaq".

Tarix
2015.02.09 / 15:17
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla