Yuxarı

Erməni katolikosu da gizli hesab açıbmış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni katolikosu da gizli hesab açıbmış

Bütün Ermənilərin Katolikosu İkinci Qareginin adı skandalda hallanır. II Qareginin hesabında 1 milyon dollardan çox pul olduğu və İsveçrə banklarında gizli hesab açdığı bildirilir.

İkinci Qareginin adı bank hesablarında 2000-ci ildən xatırlanır. 2006-2007-ci illərdə "Qaregin İkinci Nerses" adına hesabda 1,1 milyon dollar məbləğində pul olub. Bu barədə "BBC-Azərbaycan" yazır.

Belə ki, Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) müraciətinə cavab olaraq Eçmiədzin Baş Kilsəsinin mətbuat katibi bu hesabın kilsə üçün xeyriyyəçilik məqsədləri ilə açıldığını bildirib.

"Hesab İkinci Qareginin adına onun sələfi vəfat etdikdən sonra eyni məqsədlərlə istifadə etmək üçün açılıb. Katolikosun səlahiyyətləri dairəsində olan erməni kilsəsinin katolikosluğu milli dini idarə olaraq vergidən azaddır. Vergi qoyma məsələsində Baş Patriarx toxunulmazdır", - Eçmiadzin nümayəndəsi qeyd edib.

Ermənistana aidiyyəti olan, lakin adı açıqlanmayan daha bir şəxsin iri məbləğli bank hesabı 5,8 milyon dollar təşkil edir.

Tarix
2015.02.10 / 00:27
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla