Yuxarı

İstanbul kanalı: 4 kənd məhv olacaq... - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul kanalı: 4 kənd məhv olacaq... - Hesabat

"Kanal İstanbul" layihəsi ilə bağlı açıqlanan hesabata əsasən, 4 kənd yox olacaq. Yaranacaq su probleminin Mələn su anbarı vasitəsilə həll ediləcəyi bildirilir, ancaq o su anbarının hansı vəziyyətdə olduğunu bilirik.

Axar.az xəbər verir ki, bunu "Kanal İstanbul" layihəsi ilə bağlı ƏMTD şirkətinin (Ətraf Mühitə Təsirin Dəyərləndirilməsi) hazırladığı 1595 səhifəlik hesabatı şərh edən türkiyəli jurnalist Murad Ağırel bildirib.

"Kanal İstanbul"un açılması ilə problemlərin yaranacağını deyən Ağırel həllin Mələn su anbarı ilə yoluna qoyula bilməyəcəyini vurğulayıb:

"Hazırda Mələndə çat var, tədbir görmək olmur. Yeni Mələn su anbarını inşa etmək üçün 7 il vaxt lazımdır. İnşaat başlasa, şəhərin Avropa hissəsinin su ilə necə təmin ediləcəyi hesabatda bildirilməyib. 25-30 gün Avropa hissəsini idarə edə biləcək Sazlıq su anbarı bağlanacaq. Orada da olan 11 ədəd quş növü yox olacaq. Bunlar hesabatda bildirilib".

Qeyd edək ki, "İstanbul kanalı" eyniadlı meqapolisdə yaradılması planlaşdırılan layihədir. Buradan müxtəlif təyinatlı gəmilərin keçidi nəzərdə tutulur. Kanalla bağlı ilk ideya 2011-ci ildə Ərdoğan tərəfindən, baş nazir olduğu dönəmdə irəli sürülmüşdü. Sözügedən layihə xalq arasında "çılğın layihə" də adlandırılır.

Tarix
2019.12.25 / 09:13
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla