Yuxarı

Zaman Putinə işləyir: Avropada yeni Qarabağ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaman Putinə işləyir: Avropada yeni Qarabağ

"Amerikayla Almaniya arasındakı böyük fikir ayrılığından Putin məharətlə istifadə edə bilər".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Amerika ilə Avropanın ortaq qərara gəlməyəcəyi təqdirdə Avropada yeni donmuş münaqişənin yaranacağını bildirib:

"Münhen görüşündə bir daha əminlik yarandı ki, Rusiya problemin həllində maraqlı deyil və yeni problemlər yaratmaq üçün indidən siyasi replikalardan istifadə edir. Bu, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun çıxışında açıq-aşkar hiss olundu. Onun çıxışında heç bir beynəlxalq hüquqa dayanan cümlə olmadı və o, işğal prosesinin hələ davamının olacağını açıq şəkildə dünya birliyinə çatdırdı. Əslində, bu, Lavrov vasitəsilə Putinin Avropaya çatdırdığı sözləri idi. O, Amerikayla Avropaya mesaj verir ki, mən artıq işğalçılıq prosesinə başlamışam və bu proses Ukrayna ilə tamamlanmayacaq. Avropa və Amerika isə hələ də gözləmə mövqeyindədir. Səbəb bəzi məsələlərdə fikirlərinin üst-üstə düşməməsidir. Amerikayla Almaniya arasında Ukrayna ilə bağlı böyük fikir ayrılığı mövcuddur. Putin isə bu prosesdən məharətlə istifadə edir və aradakı zaman fərqində prosesləri öz lehinə çevirə bilər. Münhen görüşündə Gürcüstan baş nazirinin "Rusiya ilə danışıqlara hazırıq" mesajını verməsi də məhz bugünkü Amerika və Avropa anlaşılmazlığının bir tərəfi kimi qəbul edilməlidir. Biz bir neçə ay öncə Gürcüstan və Rusiya yaxınlaşmasının olacağını söyləmişdik. Görünən odur ki, proses başlamaq üzrədir. Rusiya bu əlverişli durumu əldən buraxmaq istəmir və bütün prosesləri öz nəzarətinə almaq üçün bu gün bütün gücündən istifadə edir. Putinin belə rahatlıqla addım atmasının yeganə səbəbi 2016-cı ilə qədər ehtiyat maliyyə fondunun olması və istədiyi qədər ordu üçün böyük xərclər əldə edə bilməsidir. Əgər fevral ayında Amerika ilə Avropa Rusiya məsələsində ortaq bir qərara gəlməsələr, o zaman Luqansk və Donetsk Dağlıq Qarabağ kimi donmuş münaqişə formasını alacaq".

Tarix
2015.02.10 / 09:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevə söz vermişdim, onu ölkəyə dəvət etdim - Babiş

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin analoqu olmayan təklifi... - Pənahov danışdı

Ukrayna ilə münasibətlər strateji həmrəylik prinsiplərinə əsaslanır

Andrey Babişin şərəfinə rəsmi lanç verildi - Foto

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla